
Ronaldo “Barselona”ya təklif olunub
“Yuventus”dan ayrılaraq “Mançester Yunayted”ə keçən Kriştiano Ronaldo daha əvvəl “Barselona”ya təklif olunub.
Komanda.az xəbər verir ki, 36 yaşlı hücumçu meneceri vasitəsilə “Mançester Yunayted”dən əvvəl Kataloniya klubuna təklif olunub. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. “Barselona” Ronaldonu heyətinə qatmaq istəməyib və təklifi rədd edib.
Ronaldo daha əvvəl İspaniyada 2009-2018-ci illər aralığında “Real”da çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



