Ronaldo: “İnsanların mənim adımdan istifadə etməsinə icazə vermərəm”

“Yuventus”dan ayrılacağı iddia olunan Kriştiano Ronaldo haqqında yayılan xəbərlərə münasibət bildirib.

Komanda.az xəbər verir ki, portuqaliyalı hücumçu, “instagram” hesabında etdiyi paylaşımda bunları qeyd edib:

“Mənim “Real”da hekayəm yazıldı, saxlanıldı. Sözlər, statistikalar, kuboklar, medallar, rekordlar və manşetlər. Hamısı “Real”da və “Santyaqo Bernabeu” stadionunda azarkeşlərin gözü önündə oldu. Bilirəm ki, həqiqi “Real” azarkeşləri hər zaman məni qəlblərində yaşadacaq, mən də onları.

İnsanların mənim adımdan istifadə etməsinə icazə vermərəm. Bütün diqqətim karyeramda və işimdədir. Qarşılaşacağım hər çətinliklə mübarizə aparmağa hazıram. Qalanı? Qalanı sadəcə sözdən ibarətdir.

Gələcəyimlə bağlı çıxan xəbərlər bir insan və futbolçu olaraq mənə, adı hallanan klublara, klubların oyunçularına və texniki heyətinə hörmətsizlikdir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button