
“Yuventus”un yeni strategiyası: Güclü “İtaliya nüvə”si
“Yuventus” “Arsenal”ın müdafiəçisi Rikkardo Kalafiori ilə maraqlanır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin təmsilçisi İtaliya millisinin dayaq xəttini gücləndirmək məqsədilə yerli futbolçulardan ibarət “italyan nüvəsi” formalaşdırmağı planlaşdırır. Bu strategiya həm klubun, həm də milli komandanın nəticələrinə müsbət təsir göstərməlidir.
Kalafiori “Yuventus”un potensial transfer siyahısında əsas namizədlərdən biri kimi qiymətləndirilir.
23 yaşlı müdafiəçi cari mövsümdə “Arsenal” forması ilə 29 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun “topçular”la müqaviləsinin müddəti 2029-cu ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



