“Yuventus”da yeni baş məşqçi

İtaliyanın “Yuventus” klubunun yeni baş məşqçisinin adı açıqlanıb.

Komanda.az xəbər verir ki, bu posta Turin təmsilçisinin sabiq futbolçusu Andrea Pirlo gətirilib.

41 yaşlı mütəxəssis bu gün istefaya göndərilən Mauritsio Sarrini əvəzləyib. Pirlonun müqaviləsi 2022-ci ilin yanına qədər nəzərdə tutulur.

Maraqlıdı ki, Pirlo cəmi bir neçə gün öncə “Yuventus”un gənclərdən ibarət komandasının baş məşqçisi postuna gətirilmişdi. Lakin Sarrinin istefasından sonra onun əsas komandada çalışmasına qərar verilib.

Qeyd edək ki, Pirlo 2011-2015-ci illərdə “Yuventus”da çıxış edib. 2018-ci ildə futbolçu karyerasını bitirən sabiq yarımmüdafiəçi Turin klubu ilə 4 dəfə İtaliya çempionu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button