“Heç vaxt “Yuventus”dan ayrılmaq barədə düşünməmişəm”

“Yuventus”un hücumçusu Duşan Vlahoviç Turin klubundakı gələcəyi ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, serbiyalı forvard “Yuventus”dan ayrılmaq barədə heç vaxt düşünmədiyini bildirib:

“Yuventus”da özümü evimdəki kimi hiss edirəm və heç vaxt ayrılmaq barədə düşünməmişəm. Mən dünyanın ən güclü komandalarından birində oynayıram. Bununla fəxr edirəm və indi özümü burada görürəm”.

23 yaşlı futbolçu bu mövsüm 11 oyun keçirib, 5 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button