“Yuventus” xorvatla yeni müqavilə imzaladı

İtaliyanın “Yuventus” klubu yarımmüdafiəçisi ilə yeni müqavilə imzalayıb.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Turin klubu, hazırda icarə əsasında “Anderlext”də çıxış edən Marko Pyatsa ilə müqavilənin müddətini artırıb. “Qoca sinyora”nın 24 yaşlı futbolçu ilə müqaviləni 2023-cü ilin yayındək uzatdığı bildirilir.

Xorvatiyalı futbolçunun “Anderlext”lə icarə müqaviləsi iyunda başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button