Sarri yenidən İtaliyada klub çalışdıra bilər

“Yuventus”un və “Napoli”nin sabiq baş məşqçisi Mauritsio Sarri yenidən İtaliyada çalışa bilər.

Komanda.az xəbər verir ki, 62 yaşlı mütəxəssis “Fiorentina”da baş məşqçilik edə bilər. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

“Fiorentina” rəhbərliyi komandanın bu mövsümkü çıxışından razı deyil. Klub rəsmiləri komandanın baş məşqçisi Çezare Prandelli ilə yolları ayırmağı düşünür. Prandellidən boşalacaq baş məşqçi postuna ən böyük namizəd isə Sarridir.

“Fiorentina” A Seriyasında 14-cü sıradadır.

Mauritsio Sarri 2015-2018-ci illərdə “Napoli”ni, 2019/20 mövsümündə isə “Yuventus”u çalışdırıb.