“Yuventus” Ukrayna millisinin hücumçusunu “qaralayıb”

“Yuventus” bu yay yeni forvard almağı planlaşdırır. Əsas namizədlərdən biri “Şaxtyor”un və Ukrayna millisinin hücumçusu Danilo Sikandır.

Komanda.az “Tuttosport”-a istinadən xəbər verir ki, Turin klubunun nümayəndələri AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində martın 21-də Ukrayna millisi ilə Bosniya və Herseqovina arasında keçiriləcək oyuna xüsusi maraq göstərirlər. Sikanın beynəlxalq turnirdəki çıxışı onunla müqavilə imzalamaqda əsas amillərdən biri olacaq.

Danilo Sikan bu mövsüm “Şaxtyor”un heyətində 29 oyun keçirib, 8 qol vurub və 4 məhsuldar ötürmə edib.

“Yuventus” hazırda 29 matçda topladığı 59 xalla A Seriyasının turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button