“Yuventus” son turda qalib gəldi, “Milan” autsayderlə bacarmadı

İtaliya A Seriyasında mövsümün sonuncu turunun növbəti oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün 2 oyun baş tutub.

“Milan” – “Salernitana” matçında qalib müəyyənləşməyib. “Yuventus” isə evdə “Montsa”ya qalib gəlib.

“Milan” 75 xalla mövsümü 2-ci pillədə başa vurub. 71 xal toplamış “Yuventus” isə 3-cü sıradadır. “Montsa” 45 xalla 12-ci, “Salernitana” 17 xalla sonuncu olub.

İtaliya A Seriyası
38-ci tur

23 may

Kalyari – Fiorentina 2:3
Qollar
: Deyola, 64. Mutandva, 85 – Bonaventura, 39. N.Qonsales, 89. Artur Melo, 90+12-pen.

24 may

Cenoa – Bolonya 2:0
Qollar
: Malinovski, 13. Vitinya, 59.

25 may

Yuventus – Montsa 2:0
Qollar
: Kyeza, 26. Aleks Sandro, 28.

Milan – Salernitana 3:3
Qollar
: Leao, 22. Jiru, 27. Kalabriya, 77 – Simi, 64; 89. Sambiya, 87.

26 may

20:00. Atalanta – Torino
20:00. Napoli – Leççe
22:45. Empoli – Roma
22:45. Frozinone – Udineze
22:45. Latsio – Sassuolo
22:45. Verona – İnter

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button