“Yuventus” ukraynalı futbolçu üçün 25 milyon avro ödəməyə hazırdır

“Yuventus” qış transfer pəncərəsində “Şaxtyor”un yarımmüdafiəçisi Georgi Sudakovu heyətinə qatmağa çalışacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ukraynalı futbolçunun transferi o şərtlə reallaşa bilər ki, Donetsk klubu onun üçün 25 milyon avrodan çox istəməsin.

21 yaşlı yarımmüdafiəçi bu mövsüm “Şaxtyor”un heyətində bütün turnirlərdə 17 oyun keçirib, üç qol vurub və bir məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button