“Yuventus” rəsmisindən Dibala ilə bağlı açıqlama

“Yuventus”un baş direktoru Maurisio Arrivabene Paulo Dibala haqda açıqlama verib.

Komanda.az “Corriere dello Sport”a istinadən xəbər verir ki, klub rəsmisi, Dibala ilə bağlı məsələdə hələ ki, konkret qərar verilmədiyini bildirib:

“Hələ heç nə məlum deyil. Hər şey Dibalanın maliyyə tələblərindən və danışıqlar zamanı hərəkətlərindən asılı olacaq”.

Argentinalı hücumçunun “Yuventus”la müqaviləsi iyun ayında başa çatır. O, Turin klubu ilə müqaviləni yeniləməyə tələsmir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button