“Yuventus” – Qvardiola: 4 illik müqavilə, 24 milyon avro

İtaliya mətbuatı “Yuventus”un yeni baş məşqçisinin adını açıqlayıb.

Komanda.az xəbər verir ki, yerli mətbuatın iddiasına görə, “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola növbəti mövsümdən “Yuventus”u çalışdıracaq.

İddiaya əsasən, ispan mütəxəssis Turin təmsilçisiylə 4 illik müqavilə imzalayacaq. Qvardiolanın “Yuventus”dakı illik qazancı isə 24 milyon avro olacaq. “Qoca sinyora”nın iyunun 4-də Qvardiolanın təyinatını rəsmən açıqlayacağı bildirilir.

“Yuventus”da bir müddət əvvəl baş məşqçi Massimiliano Alleqrinin mövsümün sonunda vəzifəsindən ayrılacağı açıqlanıb.