“Yuventus” Oblakın transferindən imtina edib

“Atletiko”nun qapıçısı Yan Oblakın bu yay “Yuventus”a keçidi gözlənilmir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, sloveniyalı qolkiperin adı Turin təmsilçisindən icarə əsasında Madrid klubunda çıxış edən vinger Nikolas Qonsalesin mümkün transferi ilə bağlı aparılan danışıqlar zamanı gündəmə gəlib.

“Yuventus”un yeni qapıçı axtarışında olması səbəbindən Oblak variantı maraq doğursa da, bu ideyadan qısa müddətdə imtina edilib. Buna səbəb 33 yaşlı qapıçının yüksək maaş tələbidir. Belə ki, Oblak hazırda ildə təxminən 12 milyon avro qazanır ki, bu da “Yuventus”un maliyyə planlarına uyğun gəlmir.

Oblakın “Atletiko” ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button