“Yuventus” “Əl-Əhli”nin futbolçusunu istəyir

“Yuventus” “Milan”ın sabiq yarımmüdafiəçisi Frank Kessyenin transferini nəzərdən keçirir.

28 yaşlı futbolçunun Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubu ilə müqaviləsinin müddəti bu ayın 30-da başa çatacaq və tərəflər hələ də yeni sözləşmə imzalamayıb. Klub Kessyeyə ildə 12 milyon avro maaşla 2 illik yeni müqavilə təklif etsə də, futbolçu qəbul etməyib və danışıqları dayandırıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Fil Dişi Sahilindən olan yarımmüdafiəçinin əsas prioriteti İtaliya A Seriyasına qayıtmaqdır. Bu səbəbdən, son aylarda onunla maraqlanan “Yuventus” yaxın günlərdə transfer üçün danışıqları intensivləşdirə bilər.

Kessye ötən mövsüm Səudiyyə Ərəbistanı çempionatında 26 oyuna çıxaraq, 5 qol vurub və 3 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button