“Yuventus” “Real”ın futbolçusu üçün təklif göndərməyə hazırlaşır

“Real”ın yarımmüdafiəçisi Brahim Dias karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu ilə “Yuventus” ciddi şəkildə maraqlanır və yaxın vaxtlarda “Real”a rəsmi transfer təklifi göndərməyə hazırlaşır.

Diasın “Real”la müqaviləsinin müddəti 2027-ci ilin iyununun sonuna qədərdir. Onun transfer dəyəri təxminən 35 milyon avro olaraq qiymətləndirilir.

Mərakeşli yarımmüdafiəçi cari mövsümdə İspaniya La Liqasında 27 oyuna çıxıb və 5 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button