
İtaliya klubu Kyeza üçün yeni təklif hazırlayır
“Liverpul”un yarımmüdafiəçisi Federiko Kyeza hələ də “Yuventus”un transfer siyahısında yer alır.
Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, Turin klubunun rəhbərliyi italiyalı sabiq oyunçusu üçün yeni təklif hazırlayır.
“Yuventus” Kyezanı icarəyə götürməyi və müəyyən şərtlər yerinə yetiriləcəyi halda, sonradan almaq hüququnu əldə etməyi planlaşdırır.
28 yaşlı futbolçu cari mövsümdə Premyer Liqada 15 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə verib. Onun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



