“Ronaldonun gedişi “Yuventus”a fayda verəcək”

“Yuventus” klubunun sabiq prezidenti Covanni Kobolli Cili maraqlı açıqlama ilə gündəmə gəlib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, keçmiş futbol funksioneri, Turin təmsilçisinin Kriştiano Ronaldonu transfer etməklə səhv etdiyini deyib:

“Hər zaman vicdanlı olmuşam. Ronaldo ilə müqavilə imzalamaq səhv qərar idi. Onu komandada saxlamaq mümkün deyil. O, böyük oyunçudur. Lakin Ronaldonun gedişi “Yuventus”a fayda verəcək”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button