“Yuventus” rəsmisindən Ronaldo ilə bağlı açıqlama

“Yuventus” klubunun futbol direktoru Federiko Çerubini komandadan ayrılacağı iddia olunan Kriştiano Ronaldo haqda açıqlama verib.

Komanda.az xəbər verir ki, “Yuve” rəsmisi, Ronaldo üçün hansısa bir klubdan təklif almadıqlarını deyib:

“Ronaldo üçün təklif almamışıq. Ondan bu yay komandadan ayrılacağı ilə bağlı bir siqnal da almamışıq. Yeni mövsümün hazırlıqlarına başlayanda Ronaldonun bizimlə olmasından məmnun olacağıq”.

Ronaldonun “Yuventus”dan ayrılacağı və karyerasını “Mançester Yunayted”də davam etdirəcəyi iddia olunur.

35 yaşılı hücumçunun “Yuventus”la müqaviləsi 2022-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button