“Yuventus”da “Atletiko” ilə oyundan əvvəl ciddi itki

“Yuventus” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Turin təmsilçisinin futbolçusu Duqlas Kosta zədələnib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İtaliya A Seriyasının 3-cü turunun “Fiorentina” ilə matçında (0:0) zədələnən braziliyalı oyunçu ən azı 2 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Kosta, “Yuventus”un Çempionlar Liqasının 1-ci turu çərçivəsində “Atletiko” ilə qarşılaşacağı oyunda iştirak etməyəcək.

Sabah keçiriləcək “Atletiko” – “Yuventus” matçı saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button