“Yuventus”da ciddi itki

“Yuventus” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Turin təmsilçisinin yarımmüdafiəçisi Paulo Dibala sıradan çıxıb. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Argentinalı futbolçunun sağ ayaq əzələlərində problem yaranıb.

Dibala “Yuventus”un şənbə günü “Çezena”ya qarşı keçirəcəyi yoxlama oyununu buraxacaq.

Dibalanın yaşıl meydanlara qayıdacağı vaxt məlum deyil.