
“Yuventus” İngiltərə klubuna sorğu göndərib
“Yuventus” “Kristal Pelas”ın hücumçusu Jan-Filip Matetanın transferi üzərində işini davam etdirir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin klubu fransalı futbolçu ilə bağlı London təmsilçisinə rəsmi sorğu göndərib və təxminən 35 milyon avro ödəməyə hazır olduğunu bildirib.
Ancaq “Kristal Pelas” bu məbləğlə razılaşmaq niyyətində deyil. Klub rəhbərliyi 28 yaşlı forvardın satışından 55–60 milyon avro civarında gəlir əldə etməyi planlaşdırır.
Matetaya maraq göstərən klublar arasında “Mançester Yunayted” də var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



