Del Pyeronu da dilə gətirdi – “Yuventus”un dərdi

“Yuventus”un sabiq hücumçusu Alessandro Del Pyero UEFA Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda turinlilərin Hayfa “Makkabi”sinə uduzmasını (0:2) şərh edib.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, “Yuventus”un ilk hissədə ümumiyyətlə heç nə etmədiyini deyib:

“Yuventus” haqqında müsbət söz tapmaq çətindir. Rəqibə sərbəst zonalar buraxaraq, qonaqlar oyuna pis başladı. İlk hissədə demək olar ki, heç nə etmədilər, kifayət qədər aqressiv oynamayıb, bütün duelləri uduzdular. Komandanın psixologiya ilə bağlı aşkar problemləri var ki, onları həll etmək o qədər də asan deyil”.

Dörd turdan sonra “Yuventus” H qrupunda lider PSJ və “Benfika”dan 4 xal geri qalaraq, üçüncüdür.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button