“Yuventus”la yeni müqavilə imzalayır

“Yuventus” futbolçusu Blez Matuidinin müqaviləsini yeniləməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, fransız yarımmüdafiəçinin daha bir il “Yuventus”un formasını geyinəcəyi bildirilir. Matuidi də Turin təmsilçisində qalacağını təsdiqləyib:

“Burda qalacam. Müqaviləmdə bir illik uzadılma bəndi var idi və klubum da bundan yararlandı. Daha bir mövsüm burda qalacağım üçün şadam”.

2017-ci ilin yayından “Yuventus”da forma geyinən Matuidinin əvvəlki müqaviləsi mövsümün sonuna qədər idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button