“Yuventus” fransalı hücumçu ilə anlaşıb

Fransa millisinin hücumçusu Randal Kolo-Muaninin transferi ilə bağlı PSJ və “Yuventus” arasında danışıqlar davam edir.

Komanda.az “Tuttosport”-a istinadən xəbər verir ki, Turin təmsilçisi 27 yaşlı futbolçunun özü ilə artıq anlaşıb. Tərəflər müddəti 5 il olan müqavilənin şərtlərini şifahi şəkildə razılaşdırıblar.

Ancaq klublar arasında transferin maliyyə detalları hələ də həllini tapmayıb. “Yuventus” Kolo-Muanini satınalma öhdəliyi ilə icarəyə götürmək istəyir. Təklifə əsasən, komanda növbəti mövsüm UEFA Çempionlar Liqasına vəsiqə qazanacağı təqdirdə, futbolçunun transferi 36-37 milyon avroya rəsmiləşdiriləcək. PSJ isə bu məbləği kifayət hesab etmir və 40 milyon avro tələb edir.

Bununla belə, tərəflərin yaxın vaxtlarda ortaq məxrəcə gələcəyi gözlənilir.

Kolo-Muani 2024/25 mövsümünün ikinci yarısında “Yuventus”un formasını geyinib. O, ötən mövsümü isə icarə əsasında “Tottenhem”də keçirib və burada gözlənilən performansı nümayiş etdirə bilməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button