“Yuventus” çox güclü komandaya qarşı oynadı” – Vlahoviç

“Yuventus”un hücumçusu Duşan Vlahoviç İtaliya kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Latsio” üzərində qələbəni (2:0) şərh edib.

Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, o, oyunun çətin keçdiyini söyləyib:

“Həqiqətən, çətin bir dövr keçirdik, ona görə də bu oyunda əlimizdən gələni etməli idik. Çətin idi və qarşıda bizi cavab oyununda daha bir çətin qarşılaşma gözləyir. A Seriyası da çox vacibdir, ona görə də, biz oyundan-oyuna hərəkət etməli olacağıq.

“Yuventus” çox güclü komandaya qarşı, güclü məşqçi ilə oynadı, ona görə də bizim üçün asan olmadı. A Seriyasında qalibiyyət qazanmalıyıq. Hamımız qalib gəldiyimiz müddətdə neçə qol vurduğum, kimin məhsuldar ötürmə etdiyi məni maraqlandırmır”.

Cavab oyunu aprelin 23-də Romada keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button