“Yuventus” braziliyalı hücumçu üçün 55 milyon avro ödəməyə hazırdır

“Arsenal”ın hücumçusu Qabriel Jezus karyerasını İtaliya çempionatında davam etdirə bilər.

Komanda.az “Teamtalk”-a istinadən xəbər verir ki, “Yuventus” braziliyalı futbolçunu öz heyətinə qatmaq istəyir.

“Qoca sinyora” hücumçunun İngiltərə klubundakı çıxışını yaxından izləyir. Klub Jezus üçün təxminən 55 milyon avro təklif etməyə hazırdır.

27 yaşlı futbolçu İngiltərə çempionatının bu mövsümündə 21 oyun keçirib, 4 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun “Arsenal”la hazırkı müqaviləsi 2027-ci ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button