“Yuventus”dan Morataya “yaşıl işıq”

“Yuventus” adı “Barselona” ilə hallanan Alvaro Moratanın klubdan ayrılmasına razılıq verib.

Komanda.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Xəbərdə, Turin təmsilçisinin icarə əsasında komandada çıxış edən Morataya “Barselona”ya keçməyə razılıq verdiyi bildirilib.

Morata müqavilə ilə “Atletiko”ya məxsusdur. Madrid təmsilçisi də hücumçunun “Barselona”ya transferinə əngəl törətməyəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button