“Yuventus” 22 yaşlı hücumçu ilə maraqlanır

“Yuventus” “Sassuolo”nun hücumçusu Cakomo Raspadori ilə maraqlanır.

Komanda.az “Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, Turin klubu artıq 22 yaşlı italiyalı futbolçunun nümayəndələri ilə əlaqə saxlayıb.

“Yuventus” Raspadorini transfer etməklə yayda hücum xəttini gücləndirmək niyyətindədir.

Raspadori cari mövsümdə 31 matçda 9 qol vurub, 5 məhsuldar ötürmə edib. “Transfermarkt”-da futbolçunun transfer qiyməti 28 milyon avrodur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button