
Yüksək Liqada növbəti turun oyunlarının proqramında dəyişiklik edildi
Kişi və qadın voleybolçular arasında bu həftə keçiriləcək Azərbaycan Yüksək Liqasının oyunlarının proqramında müəyyən dəyişikliklər edilib.
Komanda.az Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, qadınların Yüksək Liqasında dekabrın 11-də keçirilməsi nəzərdə tutulan 6-cı turun “Murov Az Terminal” – “Abşeron” qarşılaşması təxirə salınıb.
Həmin gün saat 16:00-da başlanmalı olan “Gənclər” – UNEC oyunu isə 18:00-da start götürəcək.
Kişilərin Yüksək Liqasında dekabrın 13-də keçiriləcək 6-cı turun “Xilasedici” – “Gənclər” oyununun start vaxtında dəyişiklik olunub. Bu qarşılaşma saat 14:00-da deyil, 16:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



