Yevlaxda gərginlik: “Kəpəz”in azarkeşləri Paçunu tribunaya çağırdı – FOTO

“Kəpəz” bu gün Azərbaycan Premyer Liqasının 20-ci turunda “Neftçi”yə 1:3 hesabı ilə məğlub olub.

Komanda.az xəbər verir ki, Yevlax şəhər stadionunda keçirilən qarşılaşmadan sonra gərgin anlar yaşanıb. Hakimin final fitindən dərhal sonra tribunada toplaşan azsaylı “Kəpəz” azarkeşləri futbolçuları yanlarına çağırmağa çalışıblar. Xüsusilə, komandanın hücumçusu Luis Paçu hədəfdə olub.

Braziliyalı forvard çağırışlara məhəl qoymadan birbaşa paltardəyişmə otağına üz tutub. Bu isə onsuz da nəticədən narazı olan fanatların qəzəbini daha da artırıb. Azarkeşlər klub rəsmilərindən Paçunun geri qaytarılmasını tələb ediblər.

Nəticədə, futbolçu yenidən tribunaların önünə gətirilib və tərəflər arasında qısa dialoq baş tutub. Hadisə ciddi insidentə çevrilmədən yekunlaşıb, ancaq məğlubiyyətin yaratdığı narazılıq açıq şəkildə hiss olunub.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button