Yetirmələrinə ən çox şans verən 10 klub – SİYAHI

“Atletik” cari mövsümdə öz yetirmələrinə ən çox şans verən klub olub.

Komanda.az xəbər verir ki, bu barədə “transfermarkt⁠” məlumat yayıb.

Hesabatda dünyanın ən güclü 25 liqasının klubları arasında akademiya futbolçularına verilən oyun dəqiqələri hesablanıb. Bilbao təmsilçisinin akademiyasından çıxan futbolçular bu mövsüm ümumilikdə 41 507 dəqiqə meydanda olublar.

Siyahıda ikinci yeri “Barselona” tutub – 27 127 dəqiqə. İlk üçlüyü isə “Selta” tamamlayıb – 25 154 dəqiqə.

İlk 10-luqda yer alan digər klublar bunlardır:

“AZ Alkmaar” – 24 160

“Frayburq” – 21 787

“Real Sosyedad” – 21 525

“Genk” – 20 477

“Ayaks” – 20 011

“Brügge” – 19 654

“Malaqa” – 19 206

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button