“Yerli basketbolçular legionerlərdən geri qalmadılar”

“Sabah” klubunun baş məşqçisi Rimas Kurtinaitis yerli basketbolçulardan razıdır.

Komanda.az xəbər verir ki, mütəxəssis bu barədə klubun mətbuat xidmətinə açıqlama verib.

O, Azərbaycan Basketbol Liqasının 13-cü turunda “Şəki” üzərində qazanılan qələbədən sonra fikirlərini bölüşüb:

“Bəlkə hesab arasındakı fərqə görə oyunçular bəzi epizodlarda daha rahat oynayırdı. Bu isə bəzən səhvlərə səbəb olur. Artıq ikinci oyundur son periodda 5 yerli basketbolçu ilə çıxış edirik. Bu dəfə daha çox şans qazandılar və deyərdim ki, oyun baxımından legionerlərdən geri qalmadılar. Hazırlıqlarımız plana uyğun davam edir”.

“Sabah” – “Şəki” matçı Bakı klubunun 112:65 hesablı qələbəsi ilə nəticələnib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button