Skaloni: “Yenidən dünya çempionu olacağımızı əminliklə söyləmək çətindir”

Argentina millisinin baş məşqçisi Lionel Skaloni komandasının DÇ-2026-da ardıcıl ikinci dəfə dünya çempionu olmaq şanslarını dəyərləndirib.

2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının qalibi olan argentinalılar, iyunun 17-də, qrup mərhələsinin ilk turunda Əlcəzair yığması ilə qarşılaşacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Skaloni dünya çempionluğunu təkrarlamağın asan olmayacağını vurğulayıb:

“Yenidən dünya çempionu olacağımızı əminliklə söyləmək çətindir, çünki bu, çox mürəkkəb vəzifədir. Amma sizi əmin edə bilərəm ki, bu futbolçular meydanda bütün güclərini ortaya qoyacaqlar. Biz sonadək mübarizə aparacağıq”.

Argentina millisi 2022-ci ilin sonunda Qətərdə keçirilən mundialın finalında Fransa yığmasını penaltilər seriyasında məğlub edərək, tarixində üçüncü dəfə dünya çempionu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button