“İstəyərdik  ki, nəticə olsun, amma…” – “Neftçi”nin hücumçusu

“Neftçi”nin hücumçusu Yeqor Boqomolski “Matç TV kuboku”nda komandanın qarşısına qoyulan vəzifələrdən danışıb.

Komanda.az xəbər verir ki, “Matç TV”-yə açıqlama verən belaruslu futbolçu yeni məşqçilər korpusu haqda da fikirlərini bildirib:

“Bu turnir məşqçi və komanda arasında əlaqə yaratmaq baxımından yaxşıdır. Həm də, komandanı fiziki cəhətdən mövsümə, avrokuboklara hazırlamaq lazım idi. İstəyərdik  ki, nəticə olsun, amma əsas vəzifə komandada əlaqələri yaratmaqdır. “Srvena Zvezda” ilə oyun uğursuz alındı. Komanda Çempionlar Liqasının qrup mərhələsində iştirak edəcək, bu, ən yaxşı rəqibdir. Onların həm fiziki, həm də taktiki cəhətdən daha yaxşı hazırlaşdıqları açıq-aydın görünürdü. 

Yeni məşqçi heyəti? Yeni tanış olmuşuq. Məşqçilər tələbləririni açıqladılar, biz onlardan istifadə etməyə çalışacağıq. Yeni məşqçi heyəti gələndə, özünü ən yaxşı tərəfdən göstərmək istəyirsən. Hər epizodda əlinizdən gələni edirsiz”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button