Braziliyalılar Ançelottini gözləyir

“Mançester Siti”nin və Braziliya milli komandasının qapıçısı Ederson Moraes Karlo Ançelotti barədə danışıb.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, o, italiyalı mütəxəssisin Braziliya yığmasını çalışdırmağa yaxın olduğunu deyib:

“Kazemiro, Vinisius Junior və Eder Militao ilə danışdım. Ançelottinin komandamıza rəhbərlik etmək ehtimalı yüksəkdir. Hamı Karlonu bəyənir. O, hər zaman qalibdir. Onun statistikalarına baxın!

Ümid edirəm ki, tezliklə yeni baş məşqçimiz məhz o olar. Bu barədə tezliklə məlumat alacağıq. Həqiqətən də, mən qərarın necə veriləcəyini səbirsizliklə gözləyirəm. Çünki aparılan müzakirələrin sayı-hesabı yoxdur: Yeni məşqçi əcnəbi olacaq, yoxsa braziliyalı?”

“Sambaçılar”ın keçmiş çalışdırıcısı Tite DÇ-2022-nin 1/4 finalının Xorvatiya ilə görüşündən sonra (1:1, penaltilər – 2:4) istefa verib. Hazırda onun vəzifəsini gənclərdən ibarət milli komandanın “sükanı arxasında” olan Ramon Menezes icra edir.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button