“Liverpul”da tibbi müayinədən keçəcək – Bu gün

“Brayton”un yarımmüdafiəçisi Aleksis Makallister “Liverpul”a keçməyə yaxındır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçu bu gün Mersisayd təmsilçisində tibbi müayinədən keçəcək.

Öncədən futbolçunun “Liverpul”da 6 milyon funt-sterlinq maaş alacağı bildirilirdi.

“Qağayılar”ın baş məşqçisi Roberto de Zerbi son dünya çempionunun komandadan gedişini təsdiqləyib.

Makallister 2022/23 mövsümündə “Brayton”un heyətində bütün yarışlar daxil olmaqla 40 oyuna çıxıb, 12 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button