Yenə Dembele, yenə intizamsızlıq

“Barselona”nın futbolçusu Osman Dembele növbəti dəfə intizamsızlığı ilə gündəmə gəlib.

Komanda.az “Marca”ya istinadən xəbər verir ki, fransalı futbolçu katalonların məşqinə gecikib. Məlumata görə, komandanın baş məşqçisi Ronald Kuman futbolçulara məşqdən bir saat əvvəl hazır olmalarını tapşırıb. Dembele isə deyilən vaxtdan 15 dəqiqə sonra məşqə qoşulub.

Bu, Dembelenin ilk intizamsızlığı deyil. Əvvəlki günlərdə də məşqlərə gecikən futbolçunun komanda ilə problem yaşadığı bildirilir.

23 yaşlı futbolçu 2018/29-cu il mövsümündə də məşqlərə gecikmiş və intizamla bağlı problemlər yaşamışdı.