Yaponlar azarkeşsiz matçlara çarə tapdı: Evdən stadiona dəstək

Yaponiyada hazırlanan yeni sistemlə azarkeşlər evlərindən boş stadionda oynayan komandalarına dəstək ola biləcəklər.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Yaponiyada koronavirusa görə dayanan futbol yarışlarının yaxın zamanda bərpa olunacağı gözlənilir və oyunlar azarkeşsiz keçiriləcək.

Yaponiyanın bir şirkəti tərəfindən hazırlanan sistemlə televizorda futbola baxan azarkeşlər telefonları vasitəsilə meydandakı futbolçulara səslərini çatdıra biləcək. Fanatların göndərdikləri səslər, böyük səsgücləndiricilər vasitəsilə stadionda səsləndiriləcək. Bununla da, azarkeşlər boş stadionda oynayan futbolçulara dəstək üçün öz şüarlarını səsləndirə biləcəklər.

“Yamaha Corporation” şirkəti tərəfindən hazırlanan sistem artıq test edilib və nəticəsi müsbət olub.