“Yamal mənə çox xoş təsir bağışlayır” – İspaniyalı rejissor

Tanınmış ispaniyalı rejissor, ssenarist və aktyor Xuan Qrasiya “Barselona”nın futbolçuları ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o həm keçmiş oyunçulara, həm də gənc futbolçulara yüksək qiymət verib:

“Romario, Ronaldinyo, Andreas İnyesta, Xavi Hernandes… Karles Puyol! Luis Suares və təbii ki, Lionel Messi çox xoşuma gəlirdi”.

Rejissor xüsusilə, komandada sadiqlik və ruhi bağlılıq göstərən oyunçulara üstünlük verdiyini qeyd edib:

“Lamin Yamal mənə çox xoş təsir bağışlayır. Eləcə də Pau Kubarsi, Mark Kasado… Onlar yalnız texniki cəhətdən yaxşı deyillər, həm də ürəklə oynayırlar, əziyyət çəkirlər, hər oyunu hiss edirlər. Bu da futbolda ən vacib şeydir”.

O, həmçinin, Rafinyanın son mövsümdəki çıxışını da təqdir edib və bunun səbəblərindən birinin psixoloji vəziyyət olduğunu bildirib:

“Rafinya son mövsümdə əvvəlkindən çox fərqli idi. Niyə? Çünki mənəvi olaraq toparlandı… Amma Puyol kimi oyunçular – o, meydanda canını qoyurdu. İnyesta da, Xavi də eyni idi”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button