“Yamal mənə futbol oynamağa yeni başladığım dövrü xatırladır”

Belçika millisinin və “Real”ın sabiq futbolçusu Eden Hazard, “Barselona”nın hücumçusu Lamin Yamal haqqında fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, “Mundo Deportivo”-ya danışan Hazard, ispaniyalı oyunçunun ona karyerasının ilk illərini xatırlatdığını bildirib:

“O, mənə futbol oynamağa yeni başladığım dövrü xatırladır. Mən də təxminən onun yaşında idim və hamının məndən gözləntisi böyük idi. Amma sonda ən vacibi odur ki, o, meydanda özünəməxsus şəkildə oyundan zövq alsın. Bunu bacarsa, əminəm ki, əla dünya çempionatı keçirəcək. O, insanların izləməkdən zövq aldığı futbolçulardandır. Futbolun mahiyyəti də budur: oyundan həzz almaq və insanları xəyal qurmağa sövq etmək”.

İspaniya millsi DÇ-2026-nın 1/4 final mərhələsində Belçika yığması üz-üzə gələcək. Qarşılaşma iyulun 10-da, saat 23:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button