Yamal təhqir olundu, narazılığını göstərdi

“Barselona”nın futbolçusu Lamin Yamal İspaniya milli komandasının azarkeşlərinin davranışından məyus olub.

İspaniya yığması dünən yoxlama oyununda Misir millisi ilə heç-heçə (0:0) edib. Qarşılaşma zamanı İspaniya millisinin azarkeşləri Yamala qarşı təhqiredici şüarlar səsləndiriblər.

Komanda.az “Cadena Ser”-ə istinadən xəbər verir ki, bu hadisə 18 yaşlı vingerin narazılığına səbəb olub.

Yamal hakimin final fitindən sonra azarkeşlərə təşəkkür etməyib və stadionu komanda yoldaşlarından əvvəl tərk edib. O, ilk hissənin sonuna qədər oynayıb, daha sonra əvəzlənib.

“Barselona” növbəti oyununu aprelin 4-də, La Liqa çərçivəsində “Atletiko”ya qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button