
Yamal Messi ilə müqayisə olunmaq istəmir
“Barselona”nın 18 yaşlı vingeri Lamin Yamal qarşısına uzunmüddətli hədəflər qoymadığını etiraf edib.
Komanda.az “The Touchline”-a istinadən xəbər verir ki, ispaniyalı futbolçunu çoxu “yeni Lionel Messi” adlandırsa da, o, özünə qarşı belə müqayisələrin doğru olmadığını düşündüyünü və diqqətini yalnız futbola yönəltdiyini bildirib:
“Bu, insanların özündən və onların gözləntilərindən asılıdır. Kiminsə məndən çox yüksək, kimininsə isə aşağı gözləntisi ola bilər. Amma mənim ümumiyyətlə, gözləntim yoxdur. Yalnız oyuna fokuslanmışam. Fikrimcə, gözləntilər heç nəyə yaxşı təsir göstərmir: onları doğrultsan, elə bilirsən ki, artıq məqsəd qalmayıb, doğrultmasan, məyusluq yaşayarsan”.
Yamal cari mövsümdə “Barselona”nın heyətində 14 oyuna çıxıb, 7 qol vurub və 9 məhsuldar ötürmə verib.
Bizi Facebook-da izləyin



