
“Fransa millisi ilə matçda qol vurmaq xüsusi bir hiss olardı”
İspaniya millisinin hücumçusu Lamin Yamal 2026-cı il dünya çempionatının yarımfinalında Fransa yığmasına qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, 19 yaşlı futbolçu qol vurmağın onun üçün əsas məqsəd olmadığını desə də, Fransa ilə matçda fərqlənməyin xüsusi əhəmiyyət daşıyacağını bildirib:
“Qollar məni narahat etmir. Ancaq bu oyunda qol vurmaq xüsusi bir hiss olardı. Mən çağırışı qəbul etdim. Buna görə də indi buradayam”.
Yamal dünya çempionatında indiyədək cəmi bir qol vurub.
İspaniya – Fransa yarımfinal matçı bu gün keçiriləcək. Qarşılaşma saat 23:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



