
Yamal: “Bu, hələ son deyil”
“Barselona”nın hücumçusu Lamin Yamal UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Atletiko”ya 0:2 hesablı məğlubiyyətdən sonra azarkeşlərə müraciət edib.
Komanda.az xəbər verir ki, ispaniyalı futbolçu sosial şəbəkədə paylaşım edərək, komandanın mübarizəni davam etdirəcəyini bildirib:
“Bu, hələ son deyil. İkinci oyunda maksimum gücümüzü verəcəyik. Hamımız birlikdə, hər zaman!”
Cavab qarşılaşması aprelin 14-də, Madriddə keçiriləcək. “Barselona”nın növbəti oyunu isə 11 apreldə, La Liqada “Espanyol”a qarşı olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



