
“Yamal hər kəsdən daha çox məşq edir”
“Barselona”nın sabiq prezidenti Xuan Laporta komandanın vingeri Lamin Yamal haqqında fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ispaniyalı futbolçunun az yaşına baxmayaraq, əsl peşəkar olduğunu bildirib:
“Yamal inanılmazdır. O, hər kəsdən daha çox məşq edir, əsl peşəkardır. Baş məşqçi Hans-Diter Flik də daxil olmaqla, hər kəs onun bu yaşda etdiklərinə heyran qalır. Unutmamalıyıq ki, Yamal cəmi 18 yaşındadır, onun qayğıya və dəstəyə, xüsusən də, baş məşqçinin dəstəyinə ehtiyacı var”.
18 yaşlı futbolçu zədələr səbəbindən bu mövsüm çətin başlanğıca baxmayaraq, “Barselona”nın əsas oyunçularından biri olaraq qalır. O, bu mövsüm Kataloniya klubunda 33 oyunda 15 qol vurub və 14 məhsuldar ötürmə edib.
Bizi Facebook-da izləyin



