Mahir “Sevilya” ilə oyunda olacaq? – Baş məşqçidən açıqlama

Xorvatiyanın “Dinamo” klubunun baş məşqçisi Zelyko Kopiç açıqlama verib.

Komanda.az “24sata.hr” saytına istinadən xəbər verir ki, xorvatiyalı mütəxəssis, azərbaycanlı hücumçu Mahir Emrelinin Avropa Liqasında “Sevilya” ilə pley-off matçında oynayıb-oynamayacağı ilə bağlı bunları deyib:

“Komandanın oyunundan, futbolçuların məşqə yanaşmasından məmnunam . Periç zədəlidir, Bruno Petkoviç isə cəzalıdır. Heyətin necə olacağını görəcəyik. Emreli? Komanda ilə məşqlərdə iştirak edir. Vəziyyətini görəcəyik”.

Fevralın 17-də keçiriləcək “Sevilya” – “Dinamo” matçı saat 00:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button