Xorvatiya mətbuatı: Mahir Emreliyə zədəsi mane olur

Xorvatiya mətuatı “Dinamo”da (Zaqreb) çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli barədə yazıb. 

Komanda.az “Sportske novosti”yə istinadən xəbər verir ki, yazıda Emrelinin zədələnməyəcəyi təqdirdə, daim start heyətdə oynaya biləcəyi qeyd olunub:

“Dario Şpikiç uzun müddətdir ki, doğru fürsəti gözləyirdi. O, bütün mövsümboyu start heyətdən kənarda idi. Amma Şpikiç ardıcıl iki oyunda meydana start heyətdə çıxdı və növbəti mövsümdə daha vacib rollara namizədliyini göstərdi. Onun əsas rəqibləri əla oyunlar keçirsə də, mövsümün sonunda xəstəlikdən əziyyət çəkən Luka Menalo və yaxşı oynasa da, yalnız zədəsi ona mane olan Mahir Emrelidir. Bu yay biz bu mövqe üçün maraqlı rəqabət görə bilərik. Bu üçlükdən hansının əsas heyətdə yer alacağı isə həm baş məşqçidən, həm də özlərindən asılı olacaq”.