“Xırdalan”ın baş məşqçisi: “Turu keçmək üçün hazır durumdayıq”

“Bizi pley-offda çətin oyun gözləyir”.

Komanda.az xəbər verir ki, bunu “Xırdalan” basketbol klubunun türkiyəli baş məşqçisi Uğur Özdəmir deyib.

Azərbaycan Basketbol Liqasının 1/4 final mərhələsində “Neftçi” ilə qarşılaşma ərəfəsində klubun mətbuat xidmətinə danışan mütəxəssis görüşün maraqlı məcrada keçəcəyini söyləyib:

“Ağır, amma bir o qədər də zövqlü oyun olacaq. Hazırda komandamızda yüngül zədəli oyunçular var. Buna baxmayaraq, bütün komanda olaraq turu keçmək üçün hazır durumdayıq. Şansları 50-nin 50-yə dəyərləndirərdim. Azarkeşlərimizi bu gözəl oyunu izləmək və bizə dəstək olmaq üçün “Sərhədçi” İdman Mərkəzinə dəvət edirəm.

“Xırdalan” – “Neftçi” qarşılaşması aprelin 30-u, saat 19:30-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button