“Xırdalan” pley-offa qələbə ilə başladı

“Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının ilk pley-off oyunu baş tutub.

Komanda.az xəbər verir ki, 1/4 final mərhələsində “Xırdalan” və “Neftçi” komandaları arasında seriyanın birinci oyunu gərgin mübarizə şəraitində keçib.

Oyuna sürətli başlamış “Xırdalan” yekunda 80:75 hesablı çətin qələbə qazanıb.

Bu qələbə ilə “Xırdalan” seriyada 1:0 hesablı üstünlük əldə edib. Ən məhsuldar basketbolçular “Xırdalan”da Zeyver Brüyer (18 xal, 4 ribaund), “Neftçi”də Alfonso Villis (15 xal, 10 ribaund) olublar.

“Xırdalan” və “Neftçi” arasında seriyanın ikinci oyunu mayın 2-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button