
Baş məşqçisi Xavini Virtslə müqayisə etdi
“Tottenhem”in baş məşqçisi Tomas Frank komandanın yarımmüdafiəçisi Xavi Simonsun cari mövsümdəki çıxışı barədə fikirlərini bölüşüb.
Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, danimarkalı mütəxəssis 22 yaşlı futbolçunun İngiltərə Premyer Liqasına uyğunlaşmaq üçün vaxta ehtiyac duyduğunu hesab edir:
“Onun böyük potensialı var. Həm oyun qurucusu, həm yaradıcı futbolçu, həm də epizodları tamamlayan oyunçu ola bilər. Əminəm ki, Xavi komandamıza böyük fayda verəcək. Bu vəziyyəti bir qədər “Liverpul”dakı Florian Virts nümunəsi ilə müqayisə etmək olar”.
Yayda yüksək məbləğə Leverkuzen “Bayer”indən transfer olunan Virts də “Liverpul”da qeyri-sabit çıxış nümayiş etdirir.
Xavi bu ilin avqustunun sonunda “Leyptsiq”dən “Tottenhem”ə keçib.
Bizi Facebook-da izləyin



